Gürcüstanda keçirilən cıdır yarışında azərbaycanlı jokey Hilal Nəzərov birinci yerə çıxıb.
Teleqraf.com xəbər verir ki, 2 cıdır yarışının hər birində H.Nəzərov rəqiblərini geridə qoyub.
Qeyd edək ki, H.Nəzərov 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. O, Şuşada yaralanıb.
Onu da bildirək ki, Gürcüstandan fərqli olaraq Azərbaycanda xeli müddətdir ki, cıdır yarışları keçirilmir. O üzdən idmançılarımız bu sahədən uzaqlaşır, yaxud xarici ölkələrə üz tuturlar. İdmançılarımız ölkədə yarışların keçirilməsini səbirsizliklə gözləyirlər.