6 Oktyabr 2022 01:44
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan çempionu “Qarabağ” sabah növbəti avrokubok oyununu keçirəcək.

Teleqraf.com xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Avropa Liqasının qrup mərhələsinin III turunun matçına çıxacaq.

Ağdam təmsilçisi ikinci səfər görüşündə “Olimpiakos”la qarşılaşacaq. Yunanıstan çempionu ilə matç Pireydə təşkil olunacaq.

İkinci pillədə qərarlaşan “Qarabağ” mövqeyini qorumaq üçün turu itkisiz keçməlidir. İlk iki görüşdə uduzan autsayder isə ilk xal üçün mübarizə aparacaq.

Qeyd edək ki, III turun görüşləri oktyabrın 6-da baş tutacaq. “Qarabağ” Yunanıstan çempionu “Olimpiakos”la qarşılaşacaq. Qarılaşma Pireydə keçiriləcək.

Qeyd edək ki, qrupun digər oyununda “Frayburq” “Nant”ı qəbul edəcək. Bu matç da saat 23:00-da başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər