6 Oktyabr 2022 23:26
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərdəki Dünya Çempionatı argentinalı hücumçu Lionel Messinin karyerasında sonuncu olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə futbolçunun özü bildirib.

“Bu, mənim üçün son dünya çempionatıdır? Bəli, təbii ki. Fiziki cəhətdən özümü yaxşı hiss edirəm, bu il turnir öncəsi çox yaxşı hazırlıq keçirə bilərəm. Keçən dəfə alınmadı, çünki məşqlərə gec başladım, ritmsiz oynadım. Mən milliyə gələndə turnir artıq başlamışdı”, - deyə 35 yaşlı futbolçu bildirib.

Xatırladaq ki, Qətər-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərin beş şəhərindəki səkkiz stadionda keçiriləcək.


Müəllif: Teleqraf.com