Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda 3-cü qol vurulub.
Ramil Şeydayev 86-cı dəqiqədə baxımlı zərbə ilə rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib.
XXX
Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda ikinci qol vurulub. Marko Veşoviç 82-ci dəqiqədə komandasının üstünlüyünü daha da artırıb.
Teleqraf.com-un məlumatına görə, Ovusu Kvabena 68-ci dəqiqədə Azərbaycan çempionunu önə keçirib.
XXX
"Qarabağ"ın Yunanıstanda "Olimpiakos"la UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda vurduğu qol ləğv edilib.
Teleqraf.com-un məlumatına görə, VAR sisteminin müdaxiləsindən sonra Abdullah Zubirin topu qapıdan keçirərkən ofsaydda olduğu məlum olub.
Nəticədə referi qolu hesaba almayıb.
XXX
Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu başlayıb.
Teleqraf.com xəbər verir ki, "Georgios Karaiskakis" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edir.