UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunlarında ən yaxşı qapıçı qurtarışları bəlli olub.
Teleqraf.com-un məlumatına görə, bu barədə yarışın rəsmi tviter hesabı paylaşım edib.
Siyahıda "Qarabağ"ın çərçivə qoruyucusu Şahruddin Məhəmmədəliyevin "seyv"i də yer alıb. 26 yaşlı qolkiper Yunanıstanda "Olimpiakos"a qarşı matçda Pep Bielin cərimə zərbəsindən fərqlənməsinə mane olub.
Qeyd edək ki, qarşılaşma "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə bitib.
Four great saves. Your favourite?
— UEFA Europa League (@EuropaLeague) October 6, 2022
@UKEnterprise | #UELsaves | #UEL pic.twitter.com/1BjqnoP0hh