9 Dekabr 2014 13:01
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 11-də AL-in qrup mərhələsinin VI turunda "Qarabağ" Bakıda İtaliya "İnter"inə qarşı həll edici matçına çıxacaq.

Ağdam klubu bu oyuna ciddi itkilərlə çıxacaq. Zədəli futbolçulardan Reynaldo Silva, Danilo Dias və Çumbinyo oyunda iştirak edə bilməyəcək.

Bu haqda "futbolpress.az"a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov danışdı:

"Reynaldonun zədəsinin sağalması üçün 4 həftə vaxt lazım idi. İki həftədə onu sağaltmaq mümkün olmayıb. Danilo Dias və Çumbinyo da bu matçda iştirak eləyə bilməyəcək". Klub rəsmisi Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi"yə qarşı matçda zədələnərək meydanı vaxtından əvvəl tərk edən müdafiəçi Bədavi Hüseynovun son durumu ilə bağlı da xəbər verdi: "Bədavi Hüseynovun diz qapağında problem var. Amma zədəsi o qədər də ciddi deyil.

Həkimlər onu "İnter"lə matça qədər müalicə edə bilər. Onunla bağlı yekun dekabrın 11-də veriləcək". “Qarabağ” – “İnter” oyunu saat 21:00-da başlayacaq.


Müəllif: