Azərbaycan cüdoçusu Hidayət Heydərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.
Teleqraf.com-un məlumatına görə, 73 kq çəki dərəcəsində rəqib israilli Tohar Butbul olub.
Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb.
Qızıl xal bölümündə ipponla qalib gələn Heydərov Azərbaycana mundialda ilk medalı qazandırıb.