9 Oktyabr 2022 09:17
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA-nın hazırkı prezidenti Aleksander Çeferin yenidən seçiləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalist Martin Ziqler məlumat yayıb.

Çeferin qərarını təşkilatın Frankfurtda keçirilən konqresində rəsmən açıqlayıb.

“UEFA prezidenti Aleksander Çeferin fürsətdən istifadə edərək, növbəti seçkilərə dəstək məktublarına görə bütün 55 assosiasiyaya şəxsən təşəkkür edib”, - təşkilatın xəbərində deyilir.

Xatırladaq ki, 54 yaşlı funksioner bu postu 2016-cı ildən tuturdu. UEFA prezidenti seçkiləri 2023-cü ildə keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər