9 Oktyabr 2022 18:43
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Real” (Madrid) və İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas sosial şəbəkələrdə cinsi oriyentasiyasını dəyişməsi ilə bağlı açıqlamasını silib.

Teleqraf.com xəbər verir ki, o, bunu paylaşımından təxminən bir saat sonra edib.

AS qəzetinin jurnalisti qapıçının qadınlarla eşq macəraları ilə bağlı çoxsaylı şayiələr yayan mətbuatı ələ salmaq üçün belə açıqlama verməsini ehtimal edib.

Bildirək ki, Madrid “Real”ının keçmiş qapıçısı İker Kasilyas homoseksual olduğunu yazıb.

“Ümid edirəm ki, mənə hörmət edirsiniz. Mən maviyəm. Hər kəsin bazar günü mübarək”, - keçmiş ispaniyalı qapıçı tvit ataraq qeyd edib.

Kasilyasın milli komandadakı keçmiş həmkarı, “Barselona”nın eks-müdafiəçisi Karles Puyol isə bu tvitə “Hekayəmizi danışmağın vaxtıdır, İker”, - yazaraq cavab verib.

Xatırladaq ki, 2009-cu ildə Kasilyas ispan teleaparıcı Sara Karbonero ilə görüşməyə başlayıb. 20 mart 2016-cı ildə onlar ailə qurublar. Cütlüyün iki oğlu var: Martin (2014) və Lukas (2016). 12 mart 2021-ci ildə cütlük 12 il birlikdə olduqdan sonra ayrıldıqlarını elan ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər