8 May 2014 16:17
1 591
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Fulhem" klubu uğursuz mövsüm keçirib. Mövsüm ərzində 3 baş məşqçinin rəhbərlik etdiyi komanda Premyer Liqadakı yerini qoruya bilməyib və "Çempionşip"ə düşüb.

Klubun keçmiş sahibi Məhəmməd Əl Fayed uğursuzluğa gülünc səbəb tapıb. O, uğursuzluğu Maykl Ceksonun heykəli ilə əlaqələndirib.

Əl Fayed bildirib ki, "Fulhem"in oyunlarını keçirdiyi "Kraven Kottage" stadionun qarşısındakı Maykl Ceksonun heykəli götürüldükdən sonra komanda lənətlənib, Buna görə də Premyer Liqadakı yerini itirib:

"Bu sehirli heykəl götürüləndən sonra klubun üzərindəki tilsim də yox oldu. İndi məhz bunun cəzasını çəkirik. Klubun yeni prezidenti Şahid Xan heykəli qaldırmaq istədiyini mənə deyəndə ona bunun yaxşı fikir olmadığını demişdim. Ötən gün mənə zəng etdi və heykəli yenidən stadionun qarşısına yerləşdirmək istədiyini bildirdi. Mən də ona bunun artıq mümkün olmadığını bildirdim”.

Aygün İlqarqızı


Müəllif: