“Barselona”nın prezidenti Joan Laporta Lionel Messini “Barsa” tarixinin ən yaxşı oyunçusu adlandırıb.
Teleqraf.com xəbər verir ki, Laporta futbolçunu Parisdə, “Qızıl Top” mərasimində görməyə ümid etdiyini deyib.
“Biz “Barsa” tarixinin ən yaxşı oyunçusunun klub qarşısındakı xidmətlərinin təsdiqi üçün üçün mütləq nə isə edəcəyik. Messi bizim kollektiv yaddaşımızda qalıb. Bu bazar onun debütünün 18-ci ildönümünü qeyd edirik və biz xüsusi bir şey etməyi planlaşdırırıq. Onun uğurlu karyerası haqqında hər şeyi bilirik” , - deyə klub rəhbəri bildirib.