Futbol üzrə Braziliya millisinin əfsanəvi oyunçusu Ronaldo karyerası ərzində birlikdə oynadığı ən yaxşı futbolçunun adını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə şənbə günü "DAZN" portalı məlumat yayıb.
"Zinəddin Zidan əla dostdur, eyni zamanda o, həm də bütün karyeramda birlikdə oynadığım ən yaxşı oyunçu idi", - deyə Ronaldo bildirib.
Qeyd edək ki, Ronaldo Braziliya millisi ilə 1994 və 2002-ci illərdə ikiqat dünya çempionu olub. O, həm də Amerika Kubokunun ikiqat qalibi, Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısıdır. Əfsanəvi hücumçu "Real Madrid", "Barselona", "Milan" və "İnter", "PSV" və Korintians klublarında oynaması ilə tanınır. Braziliyalı hazırda "Real Valyadolid"in prezidentidir.