Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Teleqraf.com xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan idmançı finala gedən yolda yaponiyalı Ken Matsui ilə qarşılaşıb.
Rəqibinə 8:0 hesabı ilə qalib gələn Quluzadə həlledici görüşə vəsiqə qazanıb.