18 Oktyabr 2022 20:49
377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın daha bir yunan-Roma güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında finala yüksəlib.

Teleqraf.com xəbər verir ki, 72 kq-da çıxış edən Qurban Qurbanov yarımfinalda ukraynalı İrfan Mirzoyevi 7:1 hesabı ilə məğlub edərək, həlledici görüşə vəsiqə qazanıb.

XXX

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında yarımfinal görüşünə çıxıb.

60 kq çəki dərəcəsində yer alan idmançı qırğızıstanlı Nurmuhammet Abdullayevlə qarşılaşıb.

Rəqibinə 3:1 hesabı ilə qalib gələn Məmmədli adını finala yazdırıb. Onun həlledici qarşılaşmadakı rəqibi türkiyəli Kerem Kamal olacaq.

XXX

Azərbaycanın daha 2 yunan-Roma güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında yarımfinala yüksəlib.

60 kq-da Nihat Məmmədli və 72 kq-da Qurban Qurbanov finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

Mübarizəyə təsnifat mərhələsindən başlayan Məmmədli ardıcıl olaraq, Oljas Sultan (Qazaxıstan), Sumit Sumit (Hindistan) və Vladislav Kuzkoya (Ukrayna) qalib gəlib. İdmançı bu raundda Nurmuhammet Abdullayev (Qırğızıstan) ilə qarşılaşacaq.

Qurbanov isə yarımfinaladək Yanis Nifri (Fransa), Randel Uibo (Estoniya) və Amir Abdini (İran) məğlub edib. O, finala gedən yolda İrfan Mirzoyevi (Ukrayna) sınağa çəkəcək.

Qeyd edək ki, bu gün həmçinin 55 kq-da yarışan Nihad Quluzadə final görüşünə çıxacaq. O, qızıl medal uğrunda Poya Marzla (İran) qarşılaşacaq.

63 kq-da çıxış edən Ziya Babaşov üçüncü yer uğrunda görüşdə Ahmed Bağduda (Misir)/Ryuto İkeda (Yaponiya) cütünün qalibi ilə, 130 kq-da mübarizə aparan Sərxan Məmmədov isə Əliəkbər Yusufiəhmədçali (İran)/Marin Nişimura (Yaponiya) duelinin güclüsü isə güləşəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər