FIFA Türkiyənin "Giresunspor" komandasına transfer qadağası qoyub.
Teleqraf.com xəbər verir ki, buna Superliqa təmsilçisinin sabiq futbolçusu Jan Pyerlə əməkdaşlığı pozması səbəb olub.
Klub xərçəng xəstəliyi diaqnozu qoyulan braziliyalı yarımmüdafiəçinin müqaviləsini ləğv etdiyi üçün cəzalanıb.
"Giresunspor" qarşıdakı 2 transfer pəncərəsində heyətinə yeni futbolçular qata bilməyəcək. Bundan başqa, klub 765 000 avro məbləğində cərimələnib.