22 Oktyabr 2022 11:49
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

FIFA prezidenti Canni İnfantino transfer bazarındakı dəyişikliklərdən danışıb.

Teleqraf.com xəbər verir ki, 52 yaşlı funksioner yeni müddəaların noyabrın 16-da qüvvəyə minəcəyini xatırladıb.

İnfantino ali futbol qurumunun informasiya mərkəzinin qaydaları təsdiqlədiyini bildirib: "Köçürmələrlə bağlı bütün ödənişlər mərkəzdən keçəcək. İlk olaraq futbolçuları yetişdirən klublara təzminatın ödənilməsindən başlayacağıq. Bəzi kiçik klublar həvəskardır və pul istəməyə imkanlara yoxdur. Sistemi avtomatlaşdırmaq qərarına gəldik. Bu, kiçik klubların həyatını dəyişəcək. Gəlirin ədalətli bölüşdürülməsini dəstəkləyən sistemə ehtiyac var idi".

FIFA prezidenti bəzi şəxslərin oyunçuların keçidindən sui-istifadə etdiyini söyləyib: "Hüquq-mühafizə orqanları köçürməni araşdırmağa başlayanda qəribə ödənişlər tapırlar. Bu, artıq olmayacaq, transfer bazarına şəffaflıq gətirəcəyik. Buna nəzarət etmək və pulun lazım olan yerə getməsinə əmin olmaq istəyirik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər