İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında dünya çempionatı başa çatıb. Gənclər arasında dünya çempionatında Azərbaycan təmsilçiləri həm qızların, həm də oğlanların yarışında qalib gəlib.
Teleqraf.com xəbər verir ki, qızların yarışında Gövhər Beydullayeva, oğlanların yarışında isə Abdulla Qədimbəyli çempion olub.
Qeyd edək ki, Abdulla Qədimbəyli Şəhriyar Məmmədyarovdan sonra oğlanlar arasında ikinci dünya çempionudur. O, 2014-cü ildə Beynəlxalq usta norması adına layiq görülüb