Bu gün Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.
Teleqraf.com xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə “Səbail” “Şamaxı”nı qəbul edib. Tərəflərin bütün cəhdlərinə baxmayaraq, bu oyunda qapılara qol vurulmayıb.
Turun qapanış matçında isə “Neftçi” ilə “Sabah” komandaları üz-üzə gəlib. Beş qolun qeydə alındığı matçda “Neftçi” məğlubiyyətlə üzləşib.
Xatırladaq ki, daha öncə “Qarabağ” evdə “Turan Tovuz”a (3:0), “Zirə” isə səfərdə “Sumqayıt”a (2:0) qalib gəlib. “Qəbələ” – “Kəpəz” maçtında isə qalib müəyyənləşməyib.
“Neftçi” – “Sabah” 2:3
Qol: Ö.Buludov, 71. E.Mahmudov, 83-pen – C.L.Mikels, 37. E.Apeh, 45+7. A.İsayev, 52.
Qırmızı vərəqə: İ.Zülfüqarlı, 74.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Tural Qurbanov.
Bakı. “Bakcell Arena”, 18:30.