Şenol Günəş "Beşiktaş"a yeni baş məşqçi təyin olunub.
Teleqraf.com xəbər verir ki, "Beşiktaş" rəhbərliyi bu axşam baş tutan iclasda bu qərara gəlib.
“Ağ-qara” komandanı bundan sonra Şenol Günəş 1,5 illik müqavilə əsasında idarə edəcək.
Qərarın tezliklə rəsmi təsdiq olunması gözlənilir.
Qeyd edək ki, “Beşiktaş”ın bundan əvvəlki baş məşqşisi Valeryen İsmael idi.