27 Oktyabr 2022 00:56
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

Teleqraf.com xəbər verir ki, Avropa Liqasının qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri V turun matçına çıxacaq.

Ağdam klubu Fransada “Nant”la görüşəcək. Bakıda rəqibini 3:0 hesabı ilə məğlub edən “Qarabağ” qrupdan çıxmağı rəsmiləşdirmək üçün uduzmamalıdır.

Təmsilçimiz qalib gəlsə, “Frayburq”un xal itkisindən asılı olaraq ya 1-ci yer şansını qoruyacaq, ya da ikinciliyi təmin edəcək. Heç-heçə “Frayburq”u 1/8 finala, ağdamlıları pley-offa daşıyacaq. Məğlubiyyət isə Konfrans Liqasına düşmək ehtimalı yarada bilər.

Qrupun digər matçı Almaniyada baş tutacaq. İtkisiz irəliləyən “Frayburq” autsayder “Olimpiakos”u sınağa çəkəcək.

Qeyd edək ki, sonuncu – VI turun oyunları noyabrın 3-də keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər