“Öz oyunumuzu nümayiş etdirməyə çalışdıq”.
Teleqraf.com xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Abdullah Zubir Avropa Liqasının qrup mərhələsində “Nant”la keçirilən səfər oyunu barədə danışarkən deyib.
O, 1:2 hesabı ilə məğlub olduqları matçın ardından “CBC Sport” telekanalına açıqlama verib: “Son dəqiqələrdə qol buraxmaq məyusedicidir. Amma bu, futboldur, çalışmalıyıq ki, son turda “Frayburq”u məğlub edərək, növbəti mərhələyə adlayaq. Növbəti mərhələyə adlamaq bizim hədəfimizdir. Ümid edirəm ki, “Frayburq”la matçda bu istəyimizə çatarıq”.
Fransalı yarımmüdafiəçi stadionda yaranan atmosferi çox bəyəndiyini söyləyib: “Nant”ın stadionunda əla atmosfer var. Fransa mənim vətənimdir, bura qayıtmaq xoş idi. Amma yenə də buradan məyus geri dönürəm”.