31 Oktyabr 2022 13:22
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinin matçına təyinat alıb.

Teleqraf.com xəbər verir ki, təcrübəli hakimimiz qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinin sonuncu turundakı “Kopenhagen” – “Borussiya” (Dortmund) matçında fit çalacaq.

Bu Azərbaycan futbol tarixində ilk belə haldır.

Qeyd edək ki, “Kopenhagen” – “Borussiya” matçı noyabrın 3-ü saat 00:00-da başlayacaq.


Müəllif: Teleqraf.com