İngiltərənin "Mançester Siti" futbol klubunun baş məşqçisi Pep Qvardiola "Milan"ın ulduz futbolçusu İbrahimoviçin onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, 51 yaşlı mütəxəssis mətbuat konfransında İbrahimoviçin tamamilə haqlı olduğunu deyib.
O qeyd edib ki, bu klubda mənim eqom bütün oyunçulardan daha vacibdir:
"Açığı Erlinq Haalandın da hər oyun qollar vurub komandamıza fayda verməsini qəbul edə bilmirəm. Onu çox qısqanıram."
Qvardiola zarafatla Haalanddan qollar vurmağa "fasilə verməsini" də xahiş edib:
"Erlinq, xahiş edirəm, bundan sonra qol vurma, yoxsa jurnalistlər mənim haqqımda danışmayacaq. İstəyirəm ki, jurnalistlər ancaq məndən danışsın".
Baş məşqci sonda İbrahimoviçin kitab yazmasına da söz atıb:
"O, haqqımda hər şeyi bilir, məni çox yaxşı tanıyır. İstəyirsə, haqqımda yeni kitab da yaza bilər"
Xatırladaq ki, İbrahimoviç jurnalistlərə açıqlamasında "Mançester Siti"yə və Haalanda heyran olduğunu, lakin Qvardiolanın onun üçün düzgün baş məşqçi olmadığını bildirmişdi. İsveçli forvard hesab edir ki, Pepin eqosu çox yüksəkdi və bu da Haalandın inkişafına mənfi təsir göstərir