Azərbaycan millisi Bakıda keçirilən paracüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb.
Teleqraf.com xəbər verir ki, kişilərin yarışında 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Namiq Abbaslı bürünc medal uğrunda görüşdə millimizin digər üzvü Hüseyn Rəhimliyə qalib gələrək dünya çempionatının bürünc medalına sahib olub.
H.Rəhimli portuqaliyalı Ruben Qonsales və Yuciro Satoya (Yaponiya) qalib gəlsə də, dörddəbir finalda Qazaxıstan təmsilçisi Oljas Orazayulla məğlub olub. Təmsilçimiz təsəlliverici görüşlərdə almaniyalı Nikolay Kornalls və Georgi Kaldavadan (Gürcüstan) üstün olub və bürünc medal uğrunda görüşdə iştirak hüququ qazanıb. N.Abbaslı isə ispaniyalı Serxio Banon və Osvaldas Bareykisi (Litva) məğlub etsə də, yarımfinalda Ukrayna idmançısı Rufat Maqomedova uduzub.
Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən çempionatda 41 ölkədən 250-dək paracüdoçu mübarizə aparır.