Futbol üzrə Portuqaliya millisinin Qətərdə keçiriləcək Dünya Çempionatında çıxış edəcək heyəti məlum olub.
Teleqraf.com xəbər verir ki, məlumata əsasən, ümumilikdə heyətə 26 futbolçu düşüb: qapıcılar - Dioqu Koşta ("Portu"), Joze Sa ("Vulverhempton", İngiltərə), Ruy Matrisiu ("Roma", İtaliya); müdafiəçilər - Dioqu Dalot ("Mançester Yunayted", İngiltərə), Joau Kanselo, Ruben Diaş (hər ikisi "Mançester Siti", İngiltərə), Danilu Pereyra, Nuno Mendeş (hər ikisi PSJ, Fransa), Pepe ("Porto"), Antoniu Silva ("Benfika"), Rafael Qerreyru ("Borussia Dortmund", Almaniya); yarımmüdafiəçilər - Joau Palinya ("Fulhem", İngiltərə), Ruben Neveş, Mateus Nuneş (hər ikisi "Vulverhempton", İngiltərə), Bernardu Silva ("Mançester Siti", İngiltərə), Brunu Fernandeş ("Mançester Yunayted", İngiltərə), Joau Mariu ("Benfika"), Otaviu Monteyru ("Porto"), Vitinya (PSJ, Fransa), Vilyam Karvalyu ("Betis", İspaniya); hücumçular - Andre Silva ("Leypsiq", Almaniya), Kriştianu Ronaldu ("Mançester Yunayted", İngiltərə), Qonsalu Ramuş ("Benfika"), Joau Feliks ("Atletiko Madrid", İspaniya), Rafael Leau ("Milan", İtaliya), Rikardu Orta ("Braqa").