8 May 2014 22:22
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lionel Messi "Barselona" ilə müqaviləni yeniləmək üçün klub rəhbərliyindən yüksək məbləğdə maaş istəməsiylə bağlı yayılan iddiaları təkzib edib.

Teleqraf.com-un görə, argentinalı hücumçu bu cür xəbərlərə çox təəccüləndiyini deyib. O bildirib ki, hazırda belə xəbərləri deyil, La Liqanı düşünür:

"Barselona" ilə müqaviləni uzatmaq üçün rəhbərlikdən yüksək məbləğdə pul istəməmişəm. Məni hazırda ancaq La Liqadakı çıxışımız maraqlandırır. Əvvəlki həftələrə nisbətən hazırda daha çox şansımız var. Çempionluq bizim üçün çox önəmlidir. Ümid edirəm ki, birinci olacağıq".

Qeyd edək ki, Messinin klub rəhbərliyində dörd ilə 400 milyon avro tələb etdiyi iddia edilirdi.


Müəllif: