8 May 2014 22:59
1 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən La Liqada "Valyadolid"lə matçın 9-cu dəqiqəsində zədələnərək oyunu tərk etmək məcburiyyətində qalan "Real"ın futbolçusu Kriştiano Ronaldonun son durumu bəlli olub.

Teleqraf.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, bu gün tibbi müayinədən keçən portuqaliyalı hücumçunun zədəsi ciddi deyil. Əzələsində bir az ağrı hiss edən Ronaldo risk etməmək üçün oyun zamanı əvəzlənmək istəyib.

Qeyd edək ki, "Valyadolid" - "Real" matçı 1:1 hesabı ilə başa çatıb.


Müəllif: