19 Noyabr 2022 15:02
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İnanıram ki, üç saat ərzində pivə içməsən, o zaman sənə heç nə olmayacaq".

Teleqraf.com xəbər verir ki, bunu FIFA prezidenti Canni İnfantino Qətərdə keçiriləcək dünya çempionatı zamanı stadionlarda pivə satışının qadağan olunması ilə bağlı mətbuat konfransında deyib.

52 yaşlı funksioner ali futbol qurumunun mundialla bağlı hər qərarı ölkə ilə birlikdə müzakirə etdiyini və razılaşdırıldığını bildirib: "Pivə ala biləcəyiniz fan zonalar var. Eyni qanunlar Fransa, Şotlandiya və Portuqaliyada da qəbul edilir".

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.


Müəllif: Teleqraf.com