Baş məşqçi Karlo Ançelottinin köməkçisi Zinəddin Zidan "Real"dan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Teleqraf.com-un verdiyi məlumata görə, o deyib ki, Madrid klubundan başqa yerə getmək fikri yoxdur:
"Heç bir klub nümayəndəsi ilə danışıqlarım olmayıb. "Real"la müqaviləm davam edir və buradan ayrılmağı düşünmürəm".
Qeyd edək ki, Z.Zidanla "Monako" və "Bordo"nun maraqlandığı iddia edilir.