20 Noyabr 2022 19:12
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərdə futbol üzrə XXII dünya çempionatının açılış mərasimi başlayıb.

Teleqraf.com-un məlumatına görə, tədbir mundialda ilk matçın keçiriləcəyi "El-Bayt" stadionunda keçirilir.

Daha sonra arenada iştirakçı ölkələrin bayraqları nümayiş olunub. Ardınca isə musiqi proqramı olub.

Dünya Kubokunu stadiona Fransa millisinin əfsanəvi müdafiəçisi Marsel Desayi gətirib. Sonra isə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani dünya çempionatını açıq elan edib.

Açılış oyununda meydan sahibləri bu gün Ekvadorla qarşılaşacaq. Matça Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər