12 Dekabr 2014 14:18
1 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın tanınmış vəkillərindən Ceyhun Yusifov Avroliqanın qrup mərhələsinin son turunda “Qarabağ”ın “İnter”lə keçirilən oyununda qolunun sayılmamasına sərt reaksiya verib.

Teleqraf.com xəbər verir ki, o, “Qarabağ”ın tapdalanmış haqqı üçün beynəlxalq müstəvidə müzakirənin mütləq olduğunu bildirib:


“Dünən “İnter”lə “Qarabağ” arasında baş tutan oyunda komandamızın layiqli qələbəsinin çexiyalı hakimlər briqadası tərəfindən nəzərə alınmaması bir futbol azarkeşi olaraq, azərbaycanlı olaraq bizdə çox böyük məyusluq yaratdı. Ümumiyyətlə, bu, son dövrlər keçirilən ən gözəl oyunlardan idi. Elə bil ki, “Qarabağ”a ikinci dəfə bir zərbə vuruldu.


Buna görə mən ölkənin tanınmış vəkili kimi, bu məsələləri araşdıran şəxs kimi, bir vətən övladı olaraq bu haqsızlığı qəbul edə bilmirəm.

Çexiyalı hakimlərin Beynəlxalq İdman Arbitraj Məhkəməsinə verilməsi üçün AFFA-ya səslənirəm.

Hesab edirəm ki, bu Avropa İnstitutlarının Azərbaycana qarşı əqidəsizliyinin davamıdır. Ona görə, mən bir vəkil olaraq bu məsələnin beynəlxalq hüquq müstəvisində, ədalətli qiymət almasını istəyirəm.

Düşünürəm ki, ən azından bu 1 milyon 200 min qaçqınımızın haqqının tanınmasına bərabər bir haqq olacaq. Ona görə də mən AFFA-nın prezidenti hörmətli Rövnəq Abdullayevə səslənirəm, bu məsələnin beynəlxalq müstəviyə çıxarılmasını olduqca vacib hesab edirəm.

Bununla bağlı, ölkənin bir çox hörmətli vəkilləri mənimlə əlaqə saxladı. Adəm Məmmədov, Elnur Quliyev kimi tanınmış vəkillərlə də məsləhətləşdik.

Göründüyü kimi, Beynəlxalq İdman Arbitraj Məhkəməsinə şikayət vacibdir. İctimai qınaq mövcuddur. Amma ictimai qınaq nəticəni dəyişmir. Kifayət qədər hüquq müstəvisində bunu mübahisə predmetinə çevirmək olar.


Bir çox futbol adamları ilə də bu məsələni müzakirə etdim. Həmin futbol mütəxəssisləri də bizimlə razıdılar.


Bir daha vəkil olaraq hörmətli Rövnəq müəllimə müraciət edirəm, gəlin “Qarabağ”ın tapdalanmış, oğurlanmış haqqının bərpasına nail olaq.


Bu nəticə bizim üçün çox vacibdir, ən azından bununla da beynəlxalq təşkilatların Azərbaycana qarşı ədalətsizliyinə dur demək olar”.


Aygün İlqarqızı


Müəllif:

Oxşar xəbərlər