Ağdama böyük ürək ağrısı ilə qayıdırıq. Tarixi "İmarət" stadionunundan əsər-əlamət qalmayıb. 30 il sonra stadionun yenidən tikiləcəyi xəbərinə çox sevindik. Üç dəfə "İmarət"də olmuşam, bərbad vəziyyətdədir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında "Qarabağ" komandasının köməkçi məşqçisi, "İmarət"dəki sonuncu matçda qol vurmuş hücumçu Müşfiq Hüseynov deyib.
O, sonuncu oyunu belə xatırlayıb: "1993-cü ildə mayın 13-də "Turan"la oyunda qələbə qazandıq. Qolu vuran qardaşım Yaşar Hüseynov idi. Qardaşıma topu mən ötürdüm və qol vurdu. O oyun təfərrüatı ilə xatirimdədir. Təəssüf ki, oradakı son oyunumuz oldu. Daha sonra bizim ağır günlərimiz başladı, "Qarabağ" komandası artıq rəqib komandanın meydançasında oynamağa başladı. Yurdumuzdan ayrı düşdük.
Ümid edirik ki, yenidən Ağdamda oyunlarımız baş tutar və hamımız bunun şahidi olarıq. "Qarabağ"da həmin illərdə oynayıb hazırda klub daxilində fəaliyyət göstərən iki nəfər var. Onlar da səbirsizliklə həmin anı gözləyirlər. Əcnəbi oyunçular stadionun əvvəlki vəziyyətini görməyiblər. Çox istəyərdim ki, qismət olsun, "İmarət"də onların təəssüratlarıın öyrənəsiniz".