24 Noyabr 2022 21:57
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyunu başa çatıb.

Teleqraf.com-un məlumatına görə, qarşılaşma Portuqaliyanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

21:43

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyununda 5-ci qol vurulub.

Teleqraf.com xəbər verir ki, qarşılaşmanın 89-cu dəqiqəsində Qananın futbolçusu Bukari hesab arasındakı fərqi azaldıb.

21:36

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyununda hesab yenidən dəyişib.

Qarşılaşmanın 78-ci dəqiqəsində Joao Feliks, 80-ci dəqiqədə isə Rafael Leao Portuqaliyanı hesabı 3:1-ə çatdırıb.

21:33

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyununda hesab bərabərləşib.

Teleqraf.com-un məlumatına görə, qarşılaşmanın 73-cü dəqiqəsində Andre Ayu Qananın heyətində fərqlənib.

21:22

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyununda hesab açılıb.

Teleqraf.com xəbər verir ki, Portuqaliya millisinin üzvü Kriştianu Ronaldu 62-ci dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiqliklə yerinə yetirərək komandasını önə çıxarıb.

20:50

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyununda birinci hissə başa çatıb.

Teleqraf.com xəbər verir ki, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

20:00

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

19:15

Qətərdə keçirilən dünya çempionatının H qrupunun ilk turunda üz-üzə gələcək Portuqaliya və Qana yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaq:

Portuqaliya: Dioqu Koşta, Rafael Gerreyro, Danilo Pereyra, Joau Kanselu, Ruben Diaş, Ruben Neveş, Brunu Fernandeş, Bernardu Silva, Joau Feliks, Otavio Monteyro, Kriştianu Ronaldu

Qana: Lourens Ati-Zigi, Əbdül-Rəhman Baba, Məhəmməd Salisu, Daniel Amarti, Aleksander Ciku, Alidu Seydu, Məhəmməd Kudus, Tomas Parti, Salis Əbdül Səməd, Andre Ayyu, İnyaki Uilyams

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Müəllif: Teleqraf.com