25 Noyabr 2022 19:13
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərdə keçirilən dünya çempionatında ev sahibləri ilə Seneqal yığması arasında A qrupunun II tur oyunu başa çatıb.

Teleqraf.com xəbər verir ki, qarşılaşma Seneqalın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

***

Qətərdə keçirilən dünya çempionatında ev sahibləri ilə Seneqal yığması arasında A qrupunun II tur oyununda hesab növbəti dəfə dəyişib.

Teleqraf.com-un məlumatına görə, qarşılaşmanın 82-ci dəqiqəsində Dienq Seneqalın üstünlüyünü yenidən iki topa çatdırıb - 3:1

***

Qətərdə keçirilən dünya çempionatında ev sahibləri ilə Seneqal yığması arasında A qrupunun II tur oyununda hesab növbəti dəfə dəyişib.

Teleqraf.com-un məlumatına görə, qarşılaşmanın 78-ci dəqiqəsində Qətərin oyunçusu Muntari hesab arasındakı fərqi azaldıb - 1:2

***

Qətərdə keçirilən dünya çempionatında ev sahibləri ilə Seneqal yığması arasında A qrupunun II tur oyununda hesab dəyişib.

Teleqraf.com-un məlumatına görə, 48-ci dəqiqədə Famara Didu 2-ci qolu Qətər yığmasının qapısından keçirib - 2:0.

***

Qətərdə keçirilən dünya çempionatında Qətər və Seneqal yığmaları arasında A qrupunun II tur oyununda hesab açılıb.

Teleqraf.com xəbər verir ki, Seneqalın heyətində 41-ci dəqiqədə Bulaye Dia fərqlənib.

Oyunu burdan izləyə bilərsiniz.

***

17:05

Qətərdə keçirilən dünya çempionatında Qətər və Seneqal yığmaları arasında A qrupunun II tur oyunu başlayıb.

Teleqraf.com xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə 17:00-da start götürüb.

***

16:20

Qətərdə keçirilən dünya çempionatının A qrupunun II turunda üz-üzə gələcək Qətər və Seneqal yığmalarının start heyətləri açıqlanıb.

Teleqraf.com xəbər verir ki, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaq.

Qətər: Barsham; Pedro Miguel, Madibo, Khoukhi, Hassan, Ahmed; Alhaydos, Boudiaf, Mohamad; Afif, Almoez Ali.

Seneqal: Mendy; Sabaly, Koulibaly, Diallo, Jakobs; I.Sarr, Gueye, N.Mendy, Diatta; Diedhiou, Dia.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.


Müəllif: Teleqraf.com