26 Noyabr 2022 19:02
368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərdə keçirilən dünya çempionatında Polşa və Səudiyyə Ərəbistanı yığmaları arasındakı görüş Polşanın 2- 0 hesablı qələbəsi ilə başa çatıb.

Teleqraf.com xəbər verir ki, oyunda qolları 39-cu dəqiqədə Pyotr Zelinski və 82-ci dəqiqədə isə Robert Levandovski vurub.

***

18:48

Polşa və Səudiyyə Ərəbistanı yığmaları arasındakı oyunda hesab dəyişib.

Teleqraf.com xəbər verir ki, 82-ci dəqiqədə Polşa komandasının kapitanı Robert Levandovski 2-ci qolu rəqibin qapısından keçirib.

****

17:44

Qətərdə keçirilən dünya çempionatında Polşa və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun II tur oyununda hesab açılıb.

Teleqraf.com xəbər verir ki, 39-cu dəqiqədə Pyotr Zelinski Avropa təmsilçisini hesabda önə keçirib.

Oyunu burdan izləyə bilərsiniz.

***

17:02

Qətərdə keçirilən dünya çempionatında Polşa və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun II tur oyunu başlayıb.

Teleqraf.com xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürüb.

***

16:30

Qətərdə keçirilən dünya çempionatının C qrupunun II turunda üz-üzə gələcək Polşa və Səudiyyə Ərəbistanı yığmalarının start heyətləri açıqlanıb.

Teleqraf.com xəbər verir ki, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar:

Polşa: Voytsex Şesnı, Bartoş Bereşinski, Kristian Belik, Metti Keş, Pşemıslav Frankovski, Kamil Qlik, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski (K), Arkadiuş Milik, Pyotr Zelinski

Səudiyyə Ərəbistanı: Məhəmməd Əl-Ovais (q), Saud Abdulhamid, Abdulela Əl-Əmri, Məhəmməd Əl-Burayk, Əli Al Boleahi, Firas Əl-Buraykan, Salem Əl-Dosari, Abdulela Əl-Malki, Sami Əl-Naci, Saleh Əl-Şəhri, Məhəmməd Kanno

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


Müəllif: Teleqraf.com