28 Noyabr 2022 00:13
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentina millisinin kapitanı Lionel Messi ailəsinin yığmanın nəticələrindən narahat olduğunu deyib.

Teleqraf.com xəbər verir ki, o bildirib: "Mateo ( Messinin oğlu - red ) Səudiyyə Ərəbistanı ilə ilk oyundan (1:2) sonra stadionu göz yaşları içində tərk etdi və Tiaqo ( Messinin digər oğlu - red ) dedi ki, əgər biz hər iki oyunda qalib gəlsək, növbəti mərhələyə keçirik. Mənim ailəm bütün argentinalılar kimi narahatdır. Amma biz xoşbəxtik və yenidən özümüzü rahat hiss edirik. Çünki indi taleyimiz yalnız bizdən asılıdır.

Meksika oyundan nəticədən razıyam və xoşbəxtəm. İndi bizdə bir neçə gün sükut olacaq. Biz Meksika ilə oyuna qələbə üçün çıxmışdıq".

Qeyd edək ki, Argentina DÇ-2022-nin ilk oyununda Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə uduzub. Komanda ikinci matçda isə Meksikaya 2:0 hesabı ilə qalib gəlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər