28 Noyabr 2022 08:29
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün II tura yekun vurulacaq.

Teleqraf.com-um məlumatına görə, G və H qruplarında ümumilikdə 4 oyun keçiriləcək.

Günün ilk matçı G qrupunda Kamerun və Serbiya yığmaları arasında olacaq. Bu qrupun digər görüşündə isə Braziliya İsveçrəni sınağa çəkəcək.

H qrupunda Cənubi Koreya Qana ilə, Portuqaliya isə Uruqvayla münasibətlərinə aydınlıq gətirəcək.

DÇ-2022
Qrup mərhələsi, II tur
G qrupu

14:00. Kamerun - Serbiya
20.00. Braziliya - İsveçrə
Xal durumu: Braziliya - 3, İsveçrə - 3, Kamerun - 0, Serbiya - 0.

H qrupu

17:00. Cənubi Koreya- Qana
23:00. Portuqaliya - Uruqvay
Xal durumu: Portuqaliya - 3, Uruqvay - 1, Cənubi Koreya - 1, Qana - 0

Qeyd edək ki, hələlik yalnız Fransa millisi pley-offa vəsiqəni təmin edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər