9 May 2014 11:24
1 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Milan"ın və Braziliya millisinin futbolçusu Kaka "DÇ-2014" üçün yığmaya çağırılmamasına münasibət bildirib.

Teleqraf.com-un məlumatına görə, "Sky Sport"a danışan təcrübəli yarımmüdafiəçi baş məşqçi Felipe Skolarinin qərarına təəccüblənmədiyini deyib:

"Heyətdə yer almaq üçün çox çalışdım. Əlimdən gələn hər şeyi etdim. Skolari uzun müddət idi ki, məni axtarmırdı. Buna görə də yığmaya çağırılmamağım sürpriz olmadı".

Qeyd edək ki, Skolari "DÇ-2014" üçün ilkin heyətə Kaka və Ronaldinyo kimi təcrübəli oyunçuları daxil etməyib.


Müəllif: