Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqəni təmin edib.
"Sambaçılar" buna G qrupunun II turunda İsveçrəyə minimal hesabla qalib gəlməklə nail olub. Yeganə qolu 83-cü dəqiqədə Kazemiro vurub.
Bu qələbədən sonra xallarını 6-ya çatdıran Braziliya yığması qrup lideri kimi pley-offa adlayıb. 3 xalı olan İsveçrə seçməsi 2-ci pillədə qərarlaşıb. Kamerun və Serbiya kollektivləri isə hərəyə 1 xalla 3-4-cü yerləri bölüşdürür.
Qeyd edək ki, daha əvvəl Fransa millisi vaxtından əvvəl qrupdan çıxmağı təmin edib.
***
Qətərdə keçirilən dünya çempionatında Braziliya və İsveçrə yığmaları arasında G qrupunun II tur oyununda hesab açılıb.
83-cü dəqiqədə Kazemiro "sambaçılar"ı önə keçirib.
20:00
Qətərdə keçirilən dünya çempionatında Braziliya və İsveçrə milli komandaları arasında G qrupunun II tur oyunu başlayıb.
Teleqraf.com-un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
Oyunu burdan izləyə bilərsiniz.
19:24
Qətərdə keçirilən dünya çempionatının G qrupunun II turunda üz-üzə gələcək Braziliya və İsveçrə milli komandalarının start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaq:
Braziliya: Alisson Bekker, Eder Militao, Tyaqo Silva, Markinyos, Kazemiro, Aleks Sandro, Fred, Lukas Paketa, Rişarlison, Rafinya, Vinisius Junior
İsveçrə: Yann Zommer, Silvan Vidmer, Niko Elvedi, Manuel Akanci, Rikardo Rodriges, Qranit Caka, Remo Froyler, Fabian Rider, Cibril So, Bril Embolo, Ruben Varqas
Qeyd edək ki, qarşılaşma saat 20:00-da start götürəcək.