29 Noyabr 2022 21:03
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niderland millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Teleqraf.com-un məlumatına görə, Lui Van Qalın baş məşqçi olduğu komanda A qrupunun sonuncu - III turunda ev sahibi Qətər seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Qolları 26-cı dəqiqədə Kodi Qakpo, 49-cu dəqiqədə Frenki de Yonq vurub.

"Narıncılar" 7 xalla qrup lideri kimi növbəti raunda yüksəlib. Niderland yığması pley-offda B qrupunda ikinci yeri tutan komanda ilə görüşəcək.

***

Qətərdə keçirilən dünya çempionatında Niderland və Qətər yığmaları arasında A qrupunun III tur oyununda növbəti qol vurulub.

Avropa təmsilçisinin heyətində Frenki de Yonq 49-cu dəqiqədə fərqi iki topa çatdırıb - 2:0.

***

Qətərdə keçirilən dünya çempionatında Niderland və Qətər yığmaları arasında A qrupunun III tur oyununda hesab açılıb.

Teleqraf.com-un məlumatına görə, 26-cı dəqiqədə Kodi Qakpo Avropa təmsilçisini hesabda önə keçirib.

***

Qətərdə keçirilən dünya çempionatında Niderland və Qətər yığmaları arasında A qrupunun III tur oyunu başlayıb.

Teleqraf.com-un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

17:53

Qətərdə keçirilən dünya çempionatının A qrupunun III turunda üz-üzə gələcək Niderland və Qətər yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Niderland: 23. Andries Noppert, 2. Yurien Timber, 4. Vircil Van Dayk, 5. Natan Ake, 22. Denzel Dümfriz, 15. Marten De Run, 21. Frenki De Yonq, 17. Deyli Blind, 14. Deyvi Klaassen, 10. Memfis Depay, 8. Kodi Qakpo

Qətər: 22. Meşal Barşam, 17. İsmael Mohammed, 2. Pedro Migel, 16. Bualem Xuki, 3. Abdelkarim Hassan, 14. Homam Ahmed, 6. Abdulaziz Hatem, 23. Assim Madibo, 10. Hasan Al Haydos, 19. Almoez Ali, 11. Akram Afif

Qeyd edək ki, görüş saat 19:00-da start götürəcək.


Müəllif: Teleqraf.com