30 Noyabr 2022 13:56
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mançester Yunayted"dən ayrılan Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçməyə yaxındır.

Teleqraf.com xəbər verir ki, bu barədə "Marka" nəşri məlumat yayıb.

Məlumata görə, portuqaliyalı hücumçu ilə 2,5 illik müqavilə imzalanacaq.

Ronaldonun “Əl-Nəsr”də keçirdiyi hər mövsümə görə 200 milyon avro qazanacağı bildirilib. Bu məbləğə maaş və reklam gəlirləri daxildir.

37 yaşlı hücumçunun idman ambisiyalarını azaltmağa və zəif liqadan bir kluba keçməyə hazır olduğu qeyd olunub. Avropa klublarından heç biri Ronaldoya "Əl-Nəsr"lə müqayisə oluna bilən təklif etməyib.

Xatırladaq ki, bir müddət əvvəl Ronaldonun “Mançester Yunayted”lə müqaviləsinə xitam verilmişdi. İndi forvard azad agent statusundadır.


Müəllif: Teleqraf.com