30 Noyabr 2022 21:11
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa millisi Qətərdə keçirilən dünya çempionatının D qrupunu lider kimi başa vurub.

Son turda Tunis yığması ilə qarşılaşan "xoruzlar" rəqibinə uduzub - 0:1.

Yeganə qolu 58-ci dəqiqədə Afrika təmsilçisindən Vəhbi Xəzri vurub. Məğlubiyyətə baxmayaraq, Fransa seçməsi 6 xalla 1/8 finala qrup birincisi kimi yüksəlib. Avropa təmsilçisi bu mərhələdə C qrupunun ikincisi ilə üz-üzə gələcək.

***

Qətərdə keçirilən dünya çempionatında Tunis və Fransa yığmaları arasında D qrupunun III tur oyununda hesab açılıb.

Afrika təmsilçisi 58-ci dəqiqədə Vəhbi Xəzrinin vurduğu qolla önə keçib.

***

Qətərdə keçirilən dünya çempionatında Tunis və Fransa yığmaları arasında D qrupunun III tur oyunu start götürüb.

Teleqraf.com xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayıb.

17:46

Qətərdə keçirilən dünya çempionatının D qrupunun III turunda qarşılaşacaq Tunis və Fransa yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Tunis: 16. Aymen Dahmen, 15. Muhammed Ben Romdahne, 5. Nader Qandri, 21. Vacdi Keçrida, 10. Vahbi Xazri, 14. Aissa Layduni, 12. Ali Maalul, 4. Yassin Meria, 17. Elliess Sxiri, 25. Ben Slimani, 3. Montassar Talbi

Fransa: 16. Stiv Mandanda, 25. Eduardo Kamavinqa, 20. Kinqsli Koman, 3. Aksel Disasi, 13. Yusuf Fofana, 6. Matteo Qenduzi, 12. Randal Kolo Muani, 24. İbrahima Konate, 8. Aurelien Çaumeni, 4. Rafael Varan, 15. Cordan Veretut

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.


Müəllif: Teleqraf.com