1 Dekabr 2022 01:11
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksika millisi Qətərdə keçirilən dünya çempionatında qrupda qalıb.

Teleqraf.com xəbər verir ki, Cənubi Amerika təmsilçisi C qrupunun son turunda Səudiyyə Ərəbistanını 2:1 hesabı ilə məğlub etsə də, 1/8 finala adlaya bilməyib.

Hesabı 48-ci dəqiqədə Enri Martin açıb. 52-ci dəqiqədə Luis Çaves 2-ci topu rəqibin qapısından keçirib. Səudiyyə Ərəbistanının qoluna isə 90+5-ci dəqiqədə Salem Əl-Dosari imza atıb.

Bu nəticədən sonra Meksika millisi Polşa ilə eyni - 4 xala malik olsa da, topların nisbətinə görə rəqibindən geri qalıb və mundialla vidalaşıb.

***

Qətərdə keçirilən dünya çempionatında Səudiyyə Ərəbistanı və Meksika yığmaları arasında C qrupunun III tur oyununda növbəti qol vurulub.

Luis Çaves 52-ci dəqiqədə 2-ci topu rəqibin qapısından keçirib - 2:0.

***

Qətərdə keçirilən dünya çempionatında Səudiyyə Ərəbistanı və Meksika yığmaları arasında C qrupunun III tur oyununda ilk qol vurulub.

48-ci dəqiqədə Enri Martin Şimali Amerika təmsilçisini hesabda önə keçirib.

***

Qətərdə keçirilən dünya çempionatında Səudiyyə Ərəbistanı və Meksika yığmaları arasında C qrupunun III tur oyununda ilk hissə başa çatıb.

Birinci yarıda qapılara qol vurulmayıb.

23:01

Qətərdə keçirilən dünya çempionatında Səudiyyə Ərəbistanı və Meksika yığmaları arasında C qrupunun III tur oyunu start götürüb.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

22:01

Qətərdə keçirilən dünya çempionatının C qrupunun III turunda üz-üzə gələcək Səudiyyə Ərəbistanı və Meksika yığmalarının start heyətləri bəlli olub.

Teleqraf.com xəbər verir ki, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar:

Səudiyyə Ərəbistanı: Məhəmməd Əl-Ovais (q), Saud Abdulhamid, Abdulela Əl-Əmri, Məhəmməd Əl-Burayk, Əli Al Boleahi, Firas Əl-Buraykan, Salem Əl-Dosari, Sultan Əl-Qanam, Saleh Əl-Şəhri, Əli Əl-Həssən, Həsən Əl-Tambakti, Məhəmməd Kanno

Meksika: Gilyermo Oçoa, Sesar Montes, Enri Martin, Eduardo Pinedo, Ektor Moreno, Edson Alvares, Luis Çaves, Xesus Qalyardo, İrvinq Lozano, Aleksis Veqa, Xorxe Sançes

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Müəllif: Teleqraf.com