Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatlarında meydana çıxdığı oyun sayına görə həmyerlisi Dieqo Maradonanın rekordunu yeniləyib.
Teleqraf.com xəbər verir ki, Qətərdə keçirilən mundialda Polşaya qarşı C qrupunun III tur matçı 35 yaşlı hücumçu üçün 22-ci olub. Maradonada isə bu göstərici 21-dir.
"974" stadionunda oynanılan matçda Cənubi Amerika təmsilçisi hesabda öndədir - 2:0. Qolları 46-cı dəqiqədə Aleksis Makallister və 68-ci dəqiqədə Xulian Alvares vurublar.