Bu gün futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.
Teleqraf.com-un məlumatına görə, günün ilk matçında Fransa Polşa ilə üz-üzə gələcək.
"Al Tumama" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Görüşü FIFA referisi Xesus Valensuela idarə edəcək.
Bu cütün qalibi 1/4 finalda İngiltərə - Seneqal oyununun güclüsünə rəqib olacaq. "Əl Bayt" stadionundakı həmin matç Salvadordan olan FIFA referisi İvan Bartona tapşırılıb.
DÇ-2022, 1/8 final
4 dekabr
19:00. Fransa - Polşa
23:00. İngiltərə - Seneqal
Qeyd edək ki, hələlik Niderland və Argentina komandaları 1/4 finala yüksəliblər.