Braziliya futbolunun əfsanəvi hücumçusu Ronaldo karyerasını bərpa edə bilər.
Teleqraf.com-un məlumatına görə, bu barədə Braziliyanın “Estadao” nəşri məlumat verib.
38 yaşlı Ronaldo ABŞ-ın ikinci divizionunda çıxış edən “Fort-Loderdeyl Straykers” (Fort-Loderdale Strikers) futbol klubunun sahiblərindən biridir. Nəşrin iddiasına görə, keçmiş hücumçu adıçəkilən klubun heyətində meydana çıxa bilər.
Qeyd edək ki, Ronaldo karyerasını 2011-ci ildə Braziliyanın “Korintians” klubunda başa vurub.