6 Dekabr 2022 00:42
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.

Teleqraf.com xəbər verir ki, 1/8 finalda Cənubi Koreya yığmasına qalib gəliblər - 4:1.

Hesabı 7-ci dəqiqədə "pentakampeonlar"dan Vinisius Junior açıb. 6 dəqiqə sonra Neymar 2-ci topu rəqibin qapısından keçirib. 29-cu dəqiqədə Rişarlison baxımlı hücumu məntiqi sonluqla tamamlayıb. 36-cı dəqiqədə Lukas Paketa asiyalıları 4-cü dəfə meydanın mərkəzinə dəvət edib. Cənubi Koreyanın təsəlli qoluna isə 76-cı dəqiqədə Payk Senq Ho imza atıb.

Bu nəticə ilə Braziliya seçməsi növbəti mərhələdə Xorvatiyaya rəqib olub.

Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa və İngiltərə yığmaları 1/4 finala vəsiqə qazanıblar.

***

Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyununda 4-cü qol vurulub.

"Sambaçılar"ın yarımmüdafiəçisi Lukas Paketa 36-cı dəqiqədə rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib - 4:0.

***

Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyununda hesab dəyişib.

Cənubi Amerika millisi 3-cü qolu rəqibin qapısından keçirib. 29-cu dəqiqəqədə Rişarlison fərqlənib.

***

Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyununda 2-ci qol vurulub.

13-cü dəqiqədə penaltidən fərqlənən Neymar "sambaçılar"ın üstünlüyünü artırıb.

***

Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyununda erkən qol vurulub.

Teleqraf.com xəbər verir ki, 7-ci dəqiqədə Vinisius Junior Cənubi Amerika təmsilçisini hesabda önə keçirib.

***

Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda üz-üzə gələcək Braziliya və Cənubi Koreya yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaq:

Braziliya: Alisson Bekker, Eder Militao, Tyaqo Silva, Markinyos, Danilo, Kazemiro, Neymar, Lukas Paketa, Rişarlison, Rafinya, Vinisius Junior

Cənubi Koreya: 1. Kim Sunqyu, 3. Kim Jin Su, 19. Kim Yunq Qvon, 4. Kim Min Ji, 15. Kim Mun Hvan, 6. Hvan İn Beom, 5. Yung Vu Yunq, 10. Ci Sun-Li, 7. Son Xın Min, 9. Sun Kyu Ço, 11. Hi Çan-Hvan

Qeyd edək ki, qarşılaşma saat 23:00-da başlayacaq.


Müəllif: Teleqraf.com