6 Dekabr 2022 21:53
378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

Afrika təmsilçisi 1/8 finalda İspaniyanı mübarizədən kənarlaşdıraraq, adını növbəti mərhələyə yazdırıb.

Matçın əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında daha dəqiq oynayan (3:0) mərakeşlilər 1/4 finala adlayıb.

Qeyd edək ki, Mərakeş yığması növbəti raundda Portuqaliya - İsveçrə cütünün qalibi ilə qarşılaşacaq.

***

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Mərakeş yığmaları arasında 1/8 final matçında əlavə vaxt oynanılacaq.

Buna səbəb qarşılaşmanın əsas vaxtında hesabın açılmamasıdır.

Komandalar 1/4 finala vəsiqə uğrunda ən azı daha 30 dəqiqə mübarizə aparacaqlar.

***

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Mərakeş yığmaları arasında 1/8 final oyununda ikinci hissə başlayıb.

Hələlik qarşılaşmada hesab açılmayıb.

***

Qətərdə keçirilən dünya çempionatında ispaniya və Mərakeş yığmaları arasında 1/8 final mərhələsinin oyunu başlayıb.

Teleqraf.com xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində üz-üzə gələcək Mərakeş və İspaniya yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Mərakeş: 1. Yassin Bunu, 5. Nayef Aquerd, 6. Romen Saiss, 2. Əşrəf Hakimi, 3. Nussair Mazraui, 4. Sofyan Amrabat, 8. Azeddin Unai, 15. Sekin Amallah, 17. Sofyan Bufal, 19. Yussuf En-Nesiri, 7. Hakim Ziyeş

İspaniya: 23. Unai Simon, 24. Aymerik Lyaport, 18. Jordi Alba, 5. Serxio Buskets, 16. Rodri, 6. Markos Lyorente, 9. Qavi, 26. Pedri, 10. Marko Asensio, 21. Dani Olmo, 11. Ferran Torres

Qeyd edək ki, qarşılaşma saat 19:00-da başlayacaq.


Müəllif: Teleqraf.com