7 Dekabr 2022 19:42
389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan milli komandasının “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində İsveç yığmasına qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib.

Teleqraf.com AFFA-nın saytına istinadla xəbər verir ki, gələn il martın 27-də keçiriləcək İsveç - Azərbaycan qarşılaşması Solna şəhərindəki “Friends Arena”da təşkil olunacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Müəllif: Teleqraf.com