8 Dekabr 2022 08:43
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya milli komandası “The Guardian” tərəfindən 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının favoriti seçilib.

Teleqraf.com xəbər verir ki, nəşr bütün 1/4 finalçılar arasında Titenin komandasının çempionluq şansını ən yüksək qiymətləndirir. İkinci yerdə Fransa, üçüncü yerdə Portuqaliya yer alır.

Reytinq siyahısında sonrakı yerlərdə isə ardıcıllıqla İngiltərə, Argentina, Hollandiya, Mərakeş, Xorvatiya göstərilir.

Qeyd edək ki, dünya çempionatı dekabrın 18-də başa çatacaq.


Müəllif: Teleqraf.com